17 Noyabr 2023, 12:38
FUTBOL
"Bu yarışda 1-ci olmaq üçün gözləmək asan deyil. Müxtəlif təzyiqlər olur. Çempionlar Liqasını qazanmaq şansımız var".
"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya klubu ilə Çempionlar Liqasının "qızıl"ına yiyələnmək istəyir. Matc.az xəbər verir ki, ingiltərəli bu məsələdə şanslarının olduğunu deyib:
"Bu yarışda 1-ci olmaq üçün gözləmək asan deyil. Müxtəlif təzyiqlər olur. Çempionlar Liqasını qazanmaq şansımız var. Məhz bunun üçün "Bavariya"dayam. Həqiqətən, həmin turnirdə çempionluq yaşamaq istəyirəm".
Xatırladaq ki, Münhen təmsilçisin yarışın qrup mərhələsində maksimum nəticə ilə – 12 xalla zirvədədir. Onlar turnir çərçivəsində keçiriləcək növbəti qarşılaşmada "Kopenhagen"lə üz-üzə gələcəklər.