Futbol üzrə Çili milli komandasının baş məşqçisi Eduardo Berisso istefa verib. O, qərarını DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasının V turunun Paraqvayla oyunundan sonra (0:0) açıqlayıb.

Futbol üzrə Çili milli komandasının baş məşqçisi Eduardo Berisso istefa verib. Matc.az xəbər verir ki, o, qərarını DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasının V turunun Paraqvayla oyunundan sonra (0:0) açıqlayıb.
 
Çili hazırda yarışın turnir cədvəlində 5 oyundan sonra 5 xalla 8-ci pillədədir.
 
Xatırladaq ki, Berisso ötən ilin mayından Çilinin "sükanı arxasında" olub. Yığma onun rəhbərliyi altında 16 oyuna çıxıb, 4 dəfə qələbə qazanıb və 5 dəfə heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest