"Evdə keçirdiyimiz oyunlarda hər zaman azarkeşlərimizi sevindirmək istəmişik. Heç birimiz məğlub olmağı sevmirik. Diqqətimizi bundan sonrakı oyunlara yönəltməliyik".

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasının V turunun Uruqvayla oyunundan sonra (0:2) açıqlama verib. Matc.az xəbər verir ki, o, məyus olduqlarını dilə gətirib:
 
"Şübhəsiz, rəqib qələbə qazanmağa layiq idi. Fasilədən sonra dəyişikliklər edə və vəziyyəti yaxşılaşdırmağa çalışdıq. Qələbə seriyasını davam etdirməli olduğumuzu bilirdik, amma futbolda məğlubiyyətlər də olur. Məyusuq.
 
Evdə keçirdiyimiz oyunlarda hər zaman azarkeşlərimizi sevindirmək istəmişik. Heç birimiz məğlub olmağı sevmirik. Diqqətimizi bundan sonrakı oyunlara yönəltməliyik. Dünya çempionu olmuşuq deyə, heç vaxt uduzmamalıyıq? Belə düşüncədən uzaq durmalıyıq. Uğursuzluqlardan dərs almaq lazımdır".
 
Xatırladaq ki, yarışın turnir cədvəlinə 12 xalla Argentina başçılıq edir. Uruqvay isə 10 xalla 2-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest