Argentina milli komandasının hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasının V turunun Uruqvayla görüşünü (0:2) dəyərləndirib. Matc.az xəbər verir ki, "qızıl top" mükafatının son qalibi rəqibin oyunçularından söz açıb:
 
"Hansı komanda ilə qarşılaşdığımızı bilirdik. Çətinliklə mübarizə apardıq. Rəqibin fiziki cəhətdən güclü və sürətli oyunçuları var. Özümüzü meydançada rahat hiss etmirdik. Yaxşı futbol oynamalıyıq, başqa seçim yoxdur!"
 
Xatırladaq ki, yarışın turnir cədvəlinə 12 xalla Argentina başçılıq edir. Uruqvay isə 10 xalla 2-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest