"Əl-İttihad"ın hücumçusu Kərim Benzema çıxış etdiyi ölkə ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Fransa millisinin sabiq üzvü Səudiyyə Ərəbistanını ikinci ölkəsi hesab edir, oradakı insanların futbolu sevdiyini düşünür.
 
Xatırladaq ki, 35 yaşlı futbolçu bu ilin yayında İspaniya "Real"ından Pro Liqa klubu "Əl-İttihad"a keçib. O, Səudiyyə Ərəbistanı çempionatında 13 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest