17 Noyabr 2023, 14:19
FUTBOL
"Belə yoldaşlıq görüşləri yaxşı tarix, beynəlxalq təcrübə və mühiti dəyişmək imkanıdı. Üstəlik, daha az oyun vaxtı əldə edənlər özlərini göstərə bilərlər".
“Yayda keçirdiyimiz oyunda görünürdü ki, bakılılar ikinci hissədə fiziki cəhətdən bir az geriləyiblər. Amma həmin görüş hazırlıq dövrünə düşdüyü üçün bu, normaldı”. Matc.az xəbər verir ki, bunu “Zenit”in qapıçısı Mixail Kerjakov “Neftçi” ilə keçiriləcək yoxlama görüşü öncəsi yerli mətbuata açıqlamasında deyib.
36 yaşlı qolkiper bu cür qarşılaşmaların oyun praktikasından əziyyət çəkənlər üçün yaxşı şans olduğunu bildirib: “Belə yoldaşlıq görüşləri yaxşı tarix, beynəlxalq təcrübə və mühiti dəyişmək imkanıdı. Üstəlik, daha az oyun vaxtı əldə edənlər özlərini göstərə bilərlər. Düzü, heç vaxt Bakıda olmamışam. Oyuna qədər vaxtımız olsa, şəhəri görməyə şad olaram”.
Qeyd edək ki, sabah “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar iyulun 1-də Sankt Peterburqda yoxlama görüşü çərçivəsində qarşılaşıb, Rusiya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.