“Millidə göstərdiyimiz oyuna görə, bizi bu mükafata layiq gördülər”. Bunu matc.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.
 
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – İsveç oyunundan əvvəl sabiq hücumçu da daxil olmaqla, peşəkar karyerasını bu il bitirən sabiq oyunçular ölkə futbolunundakı xidmətlərinə görə gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev tərəfindən təltif ediliblər. 
 
Bununla bağlı fikirlərini bölüşən Rauf Əliyev əziyyətlərinin dəyərləndirilməsinə sevindiklərini söyləyiblər: “Sağ olsun, AFFA rəhbərliyi bizim üçün belə tədbir təşkil etdi. Sərxan Hacıyevə və Fərid Qayıbova təşəkkürümü bildirirəm. Millimiz də həmin gün güclü İsveç üzərində inamlı (3:0) qələbə ilə bizi sevindirdi”.
 
Qeyd edək ki, təltifetmə mərasimində millinin sabiq üzvlərinə simvolik olaraq qızılı rəngdə çərçivəyə salınmış Azərbaycan millisinin formaları və xüsusi hədiyyə təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest