“Azərbaycan erkən qollarla oyunun taleyini həll etdi”. Matc.az xəbər verir ki, bunu İsveç yığmasının hücumçusu Viktor Dyekereş deyib.
 
25 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisinə 0:3 hesablı məğlubiyyəti dəyərləndirib. Futbolçunu bunu faciə adlandırıb:
 
“Bu, faciə idi. İndiyə qədər belə şey olmamışdı. Azərbaycan 6 dəqiqədə 2 qol vurdu. Bundan sonra mübarizə aparmaq bizə çətin oldu. Rəqib azlıqda qaldığı zaman da qol şansları yarada bilmədik”.
 
Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan yığmaları 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest