AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Belçika yığması daha bir itki ilə üzləşib. Matc.az xəbər verir ki, qrupun lideri yarımmüdafiəçisinin xidmətindən məhrum qalıb.
 
Aparıcı oyunçuları Tibo Kurtua və Kevin de Bruyne zədə ucbatından yığmamızla qarşılaşmaya çağırılmamışdılarsa, bu dəfə Amadu Onana sıradan çıxıb. 22 yaşlı dayaq yarımmüdafiəçisi baldırındakı zədəyə görə, yığmanın düşərgəsini tərk edib. O, millimizlə matçda iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest