“Roma”nın baş məşqçisi Joze Mourinyo sabiq klubuna qayıda bilər. Matc.az xəbər verir ki  portuqaliyalı mütəxəssisin “Real”ın sükanı arxasına keçməsi ehtimalı yaranıb.
 
“Kral klubu”nun hazırkı çalışdırıcısı Karlo Ançelotti mövsümün sonunda vəzifəsindən ayrılacaq. İspaniya nəhənginin rəhbərliyi isə bu posta iki namizəd müəyyənləşdirib. Bunlardan biri Mourinyo, digəri isə “Bayer”in çalışdırıcısı Xabi Alonsodu. Hətta Mourinyonun kluba qayıtmaq şansı daha yüksək qiymətləndirilir.
 
Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildən “Roma”ya rəhbərlik edir. 60 yaşlı mütəxəssis 2010-2013-cü illərdə “Real”da çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest