Argentina millisinin kapitanı Lionel Messi DÇ-2025-in seçmə mərhələsi çərçivəsində Uruqvay millisinin futbolçuları ilə bağlı insident barədə fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, birinci hissənin ortalarında Messinin əvvəlcə itələdiyi, sonra isə Uruqvay müdafiəçisi Matias Oliveranın boğazından tutduğu qarşıdurma olub. Oyunçu bu barədə yerli mətbuata açıqlama verib: “Bu, normaldır. Belə vacib rəqiblərlə seçmə matçlar həmişə belə vəziyyətlərə səbəb olur. Bəzi jestləri mühakimə etməkdən çəkinməyə üstünlük verərdim. Amma bu gənc futbolçulara böyüklərə hörmət öyrədilməlidir. Oyun ümumilikdə gərgin və çətin keçdi. Lakin yaxşı səviyyədə qarşılıqlı hörmət var idi. Sadəcə, gənclər hələ də bəzi şeyləri öyrənməlidirlər”.
 
Qeyd edək ki, Argentina millisi Uruqvaya 0:2 hesabı ilə məğlub oldu və bu, argentinalıların DÇ-2022-dəki qələbəsindən sonra ilk uğursuz nəticə oldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest