Premyer Liqanın maliyyə feyr-pley qaydalarını pozduğuna görə klubdan 10 xalı kəsmək qərarından sonra “Everton” bəyanat yaydı.

Matc.az xəbər verir ki, bəyanatda bunlar yazılıb: Klub bu qərardan şoka düşüb və məyus olub. İngiltərə təmsilçisi hesab edir ki, komissiya ədalətsiz hökm çıxarıb və qanun pozuntusuna qeyri-mütənasib sanksiyalar tətbiq edib. Artıq klub qərardan apellyasiya şikayəti vermək niyyəti barədə müvafiq orqanlara məlumat verib. “Everton” Premyer Liqanın araşdırması boyunca açıq və şəffaf olub. Komandamız üçün bu cür sərt cəza təqdim olunan sübutların ciddiliyinə uyğun gəlmir”.

Qeyd edək ki,  bu qərara qədər "Everton" 14 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Klub hazırda sonuncu yerdə olan "Börnli" ilə eyni xala malikdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest