"Real"ın və Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu Fransa millisində məşq zamanı Ousman Dembele ilə təmas nəticəsində zədələnib. Madrid klubunun açıqlamasında deyilir: "Bu gün “Real”ın tibbi xidməti tərəfindən aparılan müayinədən sonra Kamavinqaya sağ dizindəki xarici bağın yırtılması diaqnozu qoyulub".

Qeyd edək ki, bu mövsüm Kamavinqa “Real” forması ilə 17 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest