17 Noyabr 2023, 19:40
FUTBOL
“Tuttosport” nəşri “Golden Boy” mükafatı çərçivəsində ilin ən yaxşı oyunçularının adlarını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə nəşrin özü məlumat yayıb. Kişilərdən "Mançester Siti"dən Erlinq Haaland, qadınlarda isə "Barselona"da çıxış edən Aitana Bonmati mükafata layiq görülüb. “Golden Boy” mükafatı 2003-cü ildən “Tuttosport” tərəfindən təqdim olunur. Avropada ilin ən yaxşı gənc futbolçusuna (21 yaşa qədər) verilir.
Maraqlıdır ki, Haaland bu mükafatı 2020-ci ildə Dortmund “Borussiya”sının futbolçusu kimi qazanıb.