İngiltərənin bir neçə komandası “Everton”u məhkəməyə verməyə hazırlaşır.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. "Börnli", "Lids" və "Lester" “Everton”u məhkəməyə verərək ümumilikdə 300 milyon funt-sterlinq təzminat tələb etməyi planlaşdırır. Bundan əvvəl Premyer Liqa maliyyə feyr-pley qaydalarını pozduğuna görə "Everton"u 10 xaldan məhrum etmək qərarına gəlib. Siyahıda olan klublara görə, “Everton” ötən mövsüm cəzalandırıla bilərdi. Bu halda, "Lids" və ya "Lester" 2022-2023 mövsümünün sonunda Premyer Liqada qala bilərdilər. "Börnli" əvvəlki mövsüm Çempionşipə endirilmiş komanda kimi siyahıya qoşulub.
 
Xatırladaq ki, 2022-2023 mövsümündə “Everton” 36 xalla 17-ci, “Lester” 34 xalla 18-ci, “Lids” isə 31 xalla 19-cu pillədə qərarlaşıb. “Börnli” ötən mövsüm Premyer Liqanı 35 xalla 18-ci, “Everton” isə 39 xalla 16-cı pillədə yekunlaşdırıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest