"Real" ilə İspaniya çempionu olan Roysten Drente karyerasını bitirdiyini açıqlayıb.
 
Matc.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi 36 yaşında futboldan ayrılıb. Drentenin karyerasında son klub Niderlandın "Kozakken Boyz" komandası olub. Drente 2017-ci ilin fevralında futbolu tərk edib, lakin 2018-ci ilin yayında futbola qayıdıb.
 
Qeyd edək ki, o, 2007-2012-ci illərdə "Real"da çıxış edib və Madrid klubunda 65 oyun keçirib. 2012-2013 mövsümündə Drente "Alaniya"da çıxış edib. Komandada  6 oyun keçirib və 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest