PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe qeyd edib ki, Paris klubundakı keçmiş komanda yoldaşı Lionel Messi 2022-2023 mövsümünün sonunda "Qızıl top"u layiqincə qazanıb.
 
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Messi “Qızıl top”u qazanmalı idi. O, dünya çempionatının qalibi olub. Haaland və mən əla mövsüm keçirdik. Lakin bu, Dünya Kubokunu qazanmaqla müqayisə olunmaz”.
 
Qeyd edək ki, Mbappe “Qızıl top” üçün səsvermədə 3-cü , “Mançester Siti”nin hücumçusu Erlinq Haaland isə 2-ci yerdə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest