Futbolçulara şans verdik. Qapıçı ilə birlikdə 11 əvəzetmə elədik”.

Matc.az xəbər verir ki, bu sözləri yoxlama görüşündə Latviyanı məğlub edən U-21 yığmanın baş məşqçisi Samir Əliyev deyib. Çalışdırıcı oyundan sonra fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb: “Yoldaşlıq oyunu idi. Futbolçulara şans verdik. Qapıçı ilə birlikdə 11 əvəzetmə elədik. Hesab da sürüşkən idi. Birinci hissədə yaratdığımız epizodları qola çevirsəydik daha rahat olardı. Qələbə qələbədir. Çatışmayan yerlər çoxdur”.

- Bir mövqeyə üç əvəzetmə elədiniz. Latviyalı futbolçular kobud oynayırdı?

- İki futbolçu zədələndi. Futboldur bu. Hər iki futbolçuya həkimlər baxdıqdan  sonra növbəti oyuna gedib-getməyəcəyini deyə biləcəyik.

- Hər iki hissə fərqli qapıçılar ilə oynadınız. Aminin prespektivi necədir?

- Bu suala qapıçılar üzrə məşqçi cavab verməlidir. Onun qərarıdır. Qapıçılar üzrə məsul şəxs odur. Bizim işimiz onu qərarını dəstəkləməkdir.

- Güclü bir rəqiblə, yəni Ukrayna ilə oynayacaqsınız. Psixoloji baxımından komanda hazırdırmı?

- Ağır oyun gözləyir bizi. Amma psixoloji baxımından rahat oyun olacaq. Qrupun lideri ilə oynamaq elə bizim üçün motivasiyadır. Mənfi nüanslardan biri odur ki, 1 gün yol gedəcəyik. Bərpa vaxtımız azdır. Buna baxmayaraq mübarizə aparacağıq.

- Ukrayna ilə oyuna hazırlıq məqsədilə Latviya ilə qarşılaşdınız. Hazırlıq üçün necə rəqib idi?

- Bu oyun çoxdan danışılmışdı, püşkatmadan sonra. Hər komanda da bizimlə oynamaq istəmir. Təbii ki, daha güclü rəqiblə qarşılaşmaq istəyərdik. Rəqib yoxdur. Ukraynaya qarşı tamam fərqli görüş olacaq.

- Əvvəlki matçlarda dördlü müdafiə ilə oynayırdız, bu dəfə beşli müdafiə gördük. 

- Latviya və Ukrayna tamam başqa futbol oynayır. Amma beşli müdafiə ilə oynamağımız Ukrayna ilə görüşə müdafiə planında hazırlıq idi. Sırf onunla əlaqədardır. Hər dəfə axtarışdayıq. Toplanışlarda yeni oyunçularımzı olur. Axtaraq, şans veririk.

- Ukrayna ilə matçda hansı nəticəni gözləyirsiniz?

- Rəqib qrupun lideridir. Bu komanda İngiltərəyə üç qol vurub. Çalışacağıq ki, müdafiədə etibarlı oynayaq. Öncə qol buraxmayaq, yəqin ki, əks-hücumlarda şansımızı gözləyəcəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest