PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe AVRO-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə oyun öncəsi keçirdiyi mətbuat konfransında Paris klubunda gələcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
 
Matc.az xəbər verir ki, Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Futbolçu bu barədə sualı belə cavablandırıb: “Bu, Fransa millisinə aid deyil. Bu sualla bağlı PSJ-nin bazasına getməlisən, orda cavab verəcəm. Milli komanda hər şeydən üstündür”.
 
Qeyd edək ki, mətbuatda Mbappe ilə "Liverpul" və "Bavariya"nın maraqlandığı deyilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest