18 Noyabr 2023, 09:24
FUTBOL
Birinci yeri İtaliya millisinin və “Milan”ın əfsanəvi kapitanı Paolo Maldini tutur. Eyni komandalardakı çıxışı ilə məşhurlaşan Franko Barezi ikincidi. İlk “üçlüy”ü “Milan”da çıxış etmiş fransalı Marsel Desayi qapayır.
“FourFourTwo” nəşri 1990-cı illərin ən yaxşı müdafiəçilərinin reytinqini dərc edib.
Matc.az xəbər verir ki, siyahıya 33 futbolçu salınıb. Birinci yeri İtaliya millisinin və “Milan”ın əfsanəvi kapitanı Paolo Maldini tutur. Eyni komandalardakı çıxışı ilə məşhurlaşan Franko Barezi ikincidi. İlk “üçlüy”ü “Milan”da çıxış etmiş fransalı Marsel Desayi qapayır.
1990-cı illərin ən yaxşı 10 müdafiəçisi:
1. Paolo Maldini (İtaliya, “Milan”)
2. Franko Barezi (İtaliya, “Milan”)
3. Marsel Desayi (Fransa, “Milan”)
4. Ronald Kuman (Niderland, “Barselona”)
5. Roberto Karlos (Braziliya, “Real”)
6. Kafu (Braziliya, “Saraqosa”, “Roma”)
7. Toni Adams (İngiltərə, “Arsenal”)
8. Alessandro Kostakurta (İtaliya, “Milan”)
9. Lilian Türam (Fransa, “Parma”)
10. Yurgen Kohler (Almaniya, “Borussiya” Dortmund).