18 Noyabr 2023, 09:45
FUTBOL
San Marino yığması 18 ildə ilk dəfə ardıcıl iki rəsmi oyunda qol vurub.
Matc.az xəbər verir ki, adıçəkilən komanda AVRO-2024-ün seçmə mərhələsində Danimarkadan sonra Qazaxıstanla görüşdə də fərqlənməyə müvəffəq olub.
San Marino dünən səfərdə Qazaxıstana 1:3 hesabı ilə məğlub olub. Komandanın heyətində yeganə qola 60-cı dəqiqədə Simone Fransiosi imza atıb. “Ağ-göy”in Danimarka (1:2) ilə matçında isə Alessandro Qolinuççi fərqlənmişdi.
San Marino sonuncu dəfə 18 il əvvəl - 2005-ci ildə ardıcıl iki rəsmi qarşılaşmada Belçika (1:2) və Bosniya və Herseqovinanın (1:3) qapısına yol tapmışdı.