Vinisius Junior Braziliya millisinin düşərgəsini tərk edib.
 
Matc.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun ombasından aldığı zədədi.
23 yaşlı hücumçu DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Kolumbiya ilə oyunda (1:2) xəsarət alıb. Bu üzdən forvard klubu “Real”a qoşulmaq ümün İspaniyaya qayıdıb. “Pentakampeonlar” noyabrın 22-də Argentina ilə qarşılaşacaq. Vinisius həmin görüşü buraxmalı olacaq.
 
Qeyd edək ki, Vinisius bu mövsüm La Liqada keçirdiyi 10 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest