20 yaşlı pleymeyker ötən ay ərzində Almaniya çempionatının 3 oyununda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Almaniya Bundesliqasında oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu ada “Bayer”in yarımmüdafiəçisi Florian Virts layiq görülüb. 20 yaşlı pleymeyker ötən ay ərzində Almaniya çempionatının 3 oyununda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. O, Harri Keyn, Leroy Sane, Kinqsli Koman (hamısı “Bavariya”), Ceremi Frimponq (“Bayer”) və Lois Openda (“Leypsiq”) ilə qiyabi rəqabətdən qalib ayrılıb.
 
Qeyd edək ki, “Bayer” Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest