18 Noyabr 2023, 10:53
FUTBOL
PSJ-nin hücumçusu Kilian Mbappe baş məşqçi Luis Enrikenin tənqidlərinə cavab verib.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis Liqa 1-də "Reyms"lə oyundan (3:0) sonra het-trik etsə də, fransalının oyunundan narazı olduğunu bildirib. Oyunçu bu barədə yerli mətbuata açıqlama verib: “Bunun üçün hansı anın seçildiyini ondan soruşmaq lazımdır. Mən bunu yaxşı qəbul etdim, o, əla məşqçidir və mənə çox şey öyrədə bilər. İlk gündən ona dedim ki, mənimlə heç bir problemi olmayacaq. Mən həmişə olduğum məşqçilərlə yaxşı işləmişəm: Didye Deşam, Maurisio Poçettino, Tomas Tuxel və s. Onlar mənimlə “pis” ünsiyyət quran məşqçilərdir, amma bu, mənim yaxşı oynamağıma və onlarla yaxşı münasibət qurmağıma mane olmayıb. Özümə qarşı çox tələbkaram, ona görə də məşqçilərin də mənə qarşı tələbkar olduğunu görəndə sevinirəm. Məşqçinin mənə hər gün dünyanın ən yaxşı oyunçusu olduğumu söyləməsinə ehtiyacım yoxdur”.