Azərbaycan Kubokunda 2023-24 mövsümü start götürüb.
 
Matc.az xəbər verir ki, bu gün ilk 3 oyun keçirilib. II Liqa komandaları münasibətlərinə aydınlıq gətiriblər. Cütlərin qalibləri II təsnifat mərhələsinə yüksəlib. "Lerik" səfərdə minimal hesablı qələbəyə sevinib. “Qusar” – “Şahdağ Qusar” görüşündə isə əsas vaxtda qapılara qol vurulmayıb. Penalti seriyasında qonaqlar daha dəqiq olub. "Göygöl" isə "Dinamo" üzərində inamlı qələbə qazanıb. 
 
Mərhələnin digər görüşləri noyabrın 19-20-də olacaq.
 
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
18 noyabr (şənbə)
 
13:00. “Füzuli” – “Lerik” 0:1
Qol: Rəvan Quluzadə, 58
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
“ASK Arena”
 
13:00. “Qusar” – “Şahdağ Qusar”  0:0, penalti seriyası - 4:5
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
“Kapital Bank Arena” (ehtiyat meydança)
 
14:30. “Göygöl” – “Dinamo” 2:1

Qollar: Ziyabil Məmmədov, 75, Vüqar Əşrəfli, 76 - Valeh Seyidov, 90+1

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Göygöl OİK stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest