“Real” baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni uzada bilər.

Matc.az xəbər verir ki, klub rəhbərliyi müqavilənin daha iki il uzadılması variantını nəzərdən keçirir. İtalyalının hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. “Real” əmindir ki, onların gənc komandasının Ançelottinin təcrübəsinə ehtiyacı var. Daha əvvəl italiyalı mütəxəssisin Braziliya Futbol Konfederasiyası ilə razılığa gəldiyi bildirilirdi. Bu barədə təşkilatın prezidenti Ednaldo Rodriges özü danışıb. O, hətta Ançelotti gələnə qədər yaya qədər işləyəcən müvəqqəti komanda məşqçisi Fernando Dinizi təyin edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest