18 Noyabr 2023, 13:19
FUTBOL
"Arsenal"ın ikinci ən çox qol vuran futbolçusu İan Rayt 1991-ci ilin sentyabrında "Kristal Pelas"dan "Arsenal"a keçəndə çox ağladığını etiraf edib.
Matc.az xəbər verir ki, keçmiş hücumçu "topçular"ın heyətində 270 oyunda 168 qol vurub. Lakin İngiltərə yığmasına nadir hallarda çağırıldığı üçün bir çox məyusluqlara dözüb. O bu barədə açıqlama verib: "Həyatda keçirdiyim ən pis hisslərdən biri ağlamaqdır. Mən heç vaxt bu qədər ağladığımı düşünməzdim. 1991-1992 mövsümündə "Arsenal"a getdiyim zaman çox ağlamışdım. Hamı deyirdi ki, böyük kluba gedib orada yaxşı çıxış etsən, İngiltərə yığmasına düşəcəksən. “Arsenal”a getdim, “Qızıl buts”u qazandım və o (Qrehem Taylor) məni İsveçdəki Avropa Çempionatına belə aparmadı. Mən darmadağın oldum".