Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun öncəsi daha bir futbolçusunu itirib.
 
Matc.az xəbər verir ki, komandanın ikinci qapıçısı da sıradan çıxıb. Tibo Kurtua zədə ucbatından millidən kənarda qalıbsa, “Anderlext”in qolkiperi Arnaud Bodart da seçmə mərhələnin son görüşünü buraxacaq. 25 yaşlı qapıçının heyətdən çıxarılması səhhətində problem yaşaması ilə əlaqədar olub. Dünən isə yarımmüdafiçi Amadu Onana zədəyə görə, düşərgədən ayrılmışdı.
 
Qeyd edək ki, sabah Brüsseldə keçiriləcək Belçika - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest