"Barselona"da icarə əsasında çıxış edən "Mançester Siti"nin portuqaliyalı müdafiəçisi Joao Kanselo daha bir mövsüm İspaniyada qala bilər.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Kataloniya klubu müqavilənin uzadılmasında maraqlı olduğunu bildirib. Lakin qeyd edilir ki, “Mançester Siti” futbolçunu daha da satmaq üçün geri qaytarmağa hazırlaşır. İngiltərə təmsilçisu bu transferdən 50 milyon avro qazanmaq istəyir. "Barselona" ilə danışıqlarda Mançester təmsilçisi 35 milyon avroya məcburi satın alma ilə icarəyə götürmək variantını nəzərdən keçirməyə hazırdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest