Fransa Superkuboku uğrunda keçiriləcək PSJ – “Tuluza” final matçı Konqoda baş tuta bilər.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Komandalar yanvarın 3-də kubok uğrunda mübarizə aparmalıdır. Oyun əvvəlcə avqustda Taylandda keçirilməli idi. Lakin Kral Ramanın qızının xəstəliyi səbəbindən duel ləğv edilib. Mənbənin sözlərinə görə, matçın yeri ilə bağlı yekun qərar hələ verilməyib. Oyun Konqo, Fransa, Qətər və ya Səudiyyə Ərəbistanında keçirilə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest