"Xabi ilə çox yaxşı münasibətimiz var və o, çox yaxşı başa düşür ki, bizim ciddi klubumuz var. Günün sonunda kimsə istəməsə qalmağa məcbur etməyəcəyik".

“Bayer”in baş direktoru Fernando Karro komandanın baş məşqçisi Xabi Alonsonun müqaviləsində “Real”, “Bayern” və ya “Liverpul”un onu satın almasına icazə verən bəndin olması ilə bağlı deyilənlərə cavab verib.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Belə bir bənd yoxdur. Amma bizə lazım deyil. Xabi ilə çox yaxşı münasibətimiz var və o, çox yaxşı başa düşür ki, bizim ciddi klubumuz var. Günün sonunda kimsə istəməsə qalmağa məcbur etməyəcəyik. Biz onun burada özünü o qədər xoşbəxt və yaxşı hiss etməsini istəyirik ki, o da bizimlə qalmaq istəyir. Kağız üzərində belə bir şey yoxdur. Amma bəzən kağız üzərində olmayan müqavilələr də olur. Bilirik ki, gələcəkdə onun başqa kluba keçməsi lazım gəlsə, bunu müzakirə edə bilərik. Amma ümid edirəm ki, bunu etmək məcburiyyətində deyilik, çünki o, “Bayer”də qalıb xoşbəxt olacaq”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest