19 Noyabr 2023, 13:59
FUTBOL
"Məncə, qol vurmaq imkanınız varsa, vurmalısınız. Növbəti hədəfimiz Yunanıstanla qarşılaşmada da qələbə qazanaraq seçmə qrup mərhələsini naməğlub bitirməkdir".
Fransa millisinin baş məşqçisi Didye Deşam AVRO-2024-ün seçmə qrup mərhələsinin Cəbəllütariqlə görüşünü (14:0) dəyərləndirib. Matc.az xəbər verir ki, o, yarışı naməğlub bitirmək niyyətindədir:
"Həm birinci, həm də ikinci hissə yaxşı oynadıq. Rəqib meydanda azlıqda qaldıqdan sonra çətinliklə mübarizə apardı. Məncə, qol vurmaq imkanınız varsa, vurmalısınız. Növbəti hədəfimiz Yunanıstanla qarşılaşmada da qələbə qazanaraq seçmə qrup mərhələsini naməğlub bitirməkdir".
Deşamın çalışdırdığı kollektiv dünən qazandığı qələbə ilə həm milli komanda tarixində, həm Avropa çempionatının seçmə mərhələ oyunlarında ən böyük qələbəsini qazanıb.
Fransa hazırda B qrupunun turnir cədvəlinə 21 xalla başçılıq edir. Cəbəllütariq isə 0 xalla sonuncudur.