"Zenit" rəhbərliyi ilə əla münasibətimiz var. Növbəti görüşlərin qisas xarakter daşıyacağını deməzdim. Amma mütləq oyunlarımız baş tutacaq".

"Neftçi"nin mətbuat katibi Emin Əfəndi "Zenit"lə mümkün revanş matçının keçirilib-keçirilməyəci ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
"Ağ-qaralar"ın sözçüsü məsələ ilə bağlı bunları deyib:
 
"Zenit" rəhbərliyi ilə əla münasibətimiz var. Növbəti görüşlərin qisas xarakter daşıyacağını deməzdim. Amma mütləq oyunlarımız baş tutacaq. "Zenit"lə əməkdaşlığımız davam edir. "Neftçi" 1937-ci ildə yaradılan və Azərbaycanın ən qocaman futbol klubudur. SSRİ çempionatlarında tez-tez qarşılaşdığımız rəqibi məğlub etməyimiz xoşdur".
 
Xatırladaq ki, "Neftçi Arena"da baş tutan qarşılaşma Adrian Mutunun komandasının qələbəsi ilə yekunlaşıb (2:1). "Ağ-qaralar"ın qollarını Reziuan Mirzov, "Zenit"in yeganə qolunu isə vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest