"Napoli"nin vingeri Xviça Kvaratsxeliya bu il "qızıl top" mərasimində "İnter Mayami"nin hücumçusu Lionel Messi ilə görüşündən söz açıb. Matc.az xəbər verir ki, gürcü futbolçu həmin anı belə təsvir edib:
 
"Həmin gün Messi məndən sağ tərəfdə oturmuşdu. Fasilə zamanı ayağa qalxmamağımız və hərəkət etməməyimiz barədə xəbərdarlıq edildi. Lionel anidən mənə tərəf gəldi və görüşdük. Nə baş verdiyini anlamadım. Onun bu hərəkətini çox yüksək qiymətləndirirəm. Messi heyrətamiz insandır".
 
Xatırladaq ki, Messi karyerası ərzində 8-ci dəfə "qızıl top" mükafatına yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest