Yayılan iddialara görə, "Neftçi" heyətini legioner futbolçu ilə gücləndirmək niyyətindədir. "Ağ-qaralar" Rumıniya çempionatında çıxış edən hücumçu Pavol Şafranko ilə yaxından maraqlanır.

Yayılan iddialara görə, "Neftçi" heyətini legioner futbolçu ilə gücləndirmək niyyətindədir. Matc.az xəbər verir ki, "ağ-qaralar" Rumıniya çempionatında çıxış edən hücumçu Pavol Şafranko ilə yaxından maraqlanır.
 
Slovakiyalı forvard cari mövsüm Rumıniya çempionatında 16 matça çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. O, karyerası ərzində "Tatran", "Dunayska Streda", "Olborq", "Dandi Yunayted", "Mamelodi Sandouns" klublarında forma geyindikdən sonra ötən ilin avqustunda "Sepsi"yə keçib.
 
29 yaşlı futbolçunun Rumıniya klubu ilə sözləşməsi mövsümün sonunda bitəcək. Şafranko 2017-2020-ci illərdə Slovakiya millisində 10 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest