19 Noyabr 2023, 19:19
FUTBOL
PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri bu gün Fransa millisini tərk edəcək.
Matc.az xəbər verir ki, 17 yaşlı futbolçu yığmada debüt oyununda zədələnib. 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariqlə dueldə Zaire-Emeri 16-cı dəqiqədə qol vurub. Bir neçə dəqiqə sonra zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb. Gənc yarımmüdafiəçinin sağ ayağında ciddi topuq burxulması diaqnozu qoyulub. Futbolçu bazar günü Paris klubuna qayıdacaq. Zaire-Emerinin zədə səbəbindən 2023-cü ildə yenidən oynaması gözlənilmir.