19 Noyabr 2023, 19:57
FUTBOL
“Mançester Yunayted” Fransa millisinin hücumçusu Antuan Qrizmannı “Atletiko"dan almağa çalışır.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Mançester təmsilçisinin Qrizmannın hazırkı maaşını 3 dəfə artırmağa hazır olduğu haqda xəbərlər yayılıb. 32 yaşlı futbolçunun özü bu yaxınlarda "Atletiko" ilə müqaviləsini uzatmaq istədiyini bildirib. 2023-2024 mövsümündə Qrizmann İspaniya klubunun heyətində 16 oyun keçirib, 12 qol vurub və 1 məhsuldar ötürmə edib.