Rəqibini 6:0 hesabı ilə məğlub edən birincilər II raunda yüksəliblər. Elman Sultanovun yetirmələri kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa təmsilçisidi.

Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qırılıb. Matc.az xəbər verir ki, bu, I təsnifat mərhələsinin “Baku Sportinq” – “Kürmük Qax” oyununda baş verib.
 
Rəqibini 6:0 hesabı ilə məğlub edən birincilər II raunda yüksəliblər. Elman Sultanovun yetirmələri kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa təmsilçisidi.
 
Buna qədər Premyer Liqada iştirak etməyən komandaların kubok matçlarında 6 və ya daha çox top fərqi 2012-13 mövsümünün 1/16 final mərhələsində olub. 2012-ci il oktyabrın 24-də “Qaradağ Lökbatan” “Lokomotiv”in (Biləcəri) qapısından 7 cavabsız top keçirmişdi. “Baku Sportinq” isə 4042 gün sonra bu uğura imza atıb.
 
Ümumiyyətlə, Azərbaycan Kubokunda 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Bunun 10-u aşağı liqa komandalarının payına düşür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest