AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilb. Matc.az xəbər verir ki, son turda C, E və H qruplarında ümumilikdə 7 oyun baş tutub.

C qrupunda eyni xala malik Ukrayna ilə İtaliya birincilərin meydanında üz-üzə gəlib. Ukraynalılar final mərhələsinə yollanmaq üçün mütləq qalib gəlməli idi. Amma oyunda qapılara top vurulmadığından, İtaliya final mərhələsinə vəsiqə qazanıb.  

Öz meydanında Qazaxıstanı məğlub edən Slovakiya, Moldovanı xalsız yola salan Çexiya da Avropa çempionatına yollanır.

Bu qruplarda İngiltərə, Albaniya və Danimarkanın final mərhələsində iştirakı əvvəlcədən rəsmiləşib.

 
AVRO-2024, seçmə mərhələ
X tur
20 noyabr
 
C qrupu
 
Şimali Makedoniya – İngiltərə - 1:1
Ukrayna – İtaliya - 0:0
 
Xal durumu: İngiltərə - 20, İtaliya – 14, Ukrayna – 14, Şimali Makedoniya – 8, Malta – 0.
 
E qrupu
 
Albaniya – Farer adaları - 0:0
Çexiya – Moldova - 3:0
 
Xal durumu: Albaniya – 15, Çexiya – 15, Polşa – 11, Moldova – 10, Farer adaları – 2.
 
H qrupu
 
Şimali İrlandiya – Danimarka - 2:0
San Marino – Finlandiya - 1:2
Sloveniya – Qazaxıstan - 2:1
 
Xal durumu: Danimarka – 22, Sloveniya – 22, Finlandiya - 18 Qazaxıstan – 18, Şimali İrlandiya – 9, San Marino - 0.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest