"Liverpul"un keçmiş hücumçusu Roberto Firminonun atası ailəsi ilə Dubayda tətildə olarkən dünyasını dəyişib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 62 yaşlı şəxsin ölümünə səbəb infarkt olub. İndi futbolçunun ailəsi atasının cənazəsini dəfn olunacağı Braziliyaya göndərmək üçün bütün sənədləri tamamlamaq işləri ilə məşğuldur. Ötən yay Roberto Firmino "Liverpul" ilə səkkiz illik ittifaqını bitirdikdən sonra azad agent bazarına daxil olub. Hücumçu İngiltərə klubunun tərkibində bütün turnirlərdə 362 oyun keçirib, 111 qol vurub və 72 məhsuldar ötürmə edib.

Beləliklə, 32 yaşlı braziliyalı azad agent kimi "Əl-Əhli" ilə 3 illik müqavilə imzalayıb. Bu mövsüm Firmino Səudiyyə Ərəbistanı klubunun heyətində bütün turnirlərdə 14 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest