21 Noyabr 2023, 17:24
FUTBOL
Müdafiəçi Rafael Varan “Mançester Yunayted”i tərk edə bilər. Matc.az xəbər verir ki, Fransa millisinin üzvünün karyerasını Almaniyada davam etdirmək ehtimalı var.
Premyer Liqa təmsilçisi ulduz futbolçusunu artıq yanvarda satmağı planlaşdırır. Bundan xəbərdar olan münhenlilər keçiddə maraqlıdılar. “Bavariya” rəhbərliyi mümkün transferi araşdırır.
Qeyd edək ki, Rafael Varanın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin yayına qədərdi.