21 Noyabr 2023, 18:51
FUTBOL
“Real”ın prezidenti Florentino Peres Avropa Superliqasını bərpa etməyə hazırlaşır. Matc.az xəbər verir ki, İngiltərə klublarının məsələ ilə bağlı mövqeyi də onun qərarına təsir etməyəcək.
Dekabrın 21-də Avropa İttifaqının Ədalət Məhkəməsi UEFA ilə Superliqa arasında gedən proseslərdə son qərarı elan edəcək. Məhkəmə turnirin UEFA-nın himayəsi xaricində keçirilməsi barədə qərar versə, Peres dərhal prosesi sürətləndirəcək.
O, iştirakçıların tərkibindən asılı olmayaraq, Superliqaya start verəcək.