Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun AVRO-2024-ün seçmə mərhələsində İsveç yığmasına vurduğu qol doqquzuncu raundunun ən yaxşı qolu seçilib. Matc.az xəbər verir ki, bu, UEFA-nın saytında aparılmış sorğunun nəticələrindən sonra müəyyənləşib.

Qeyd edək ki, “Neftçi”nin futbolçusu təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Matç Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest