21 Noyabr 2023, 23:46
FUTBOL
İspaniya millisinin futbolçusu Qavinin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, gənc yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsi başlayana qədər yığmaya çağırılmayacaq.
"Barselona"nın üzvü AVRO-2024-ün seçmə mərhələsində dizindən aldığı zədə səbəbindən təxminən 7-9 ay meydana çıxa bilməyəcək. Qavi ön çarpaz bağın yırtılması, bununla əlaqədar yanal menisküsün zədələnməsinə məruz qalıb və əməliyyat olunacaq.
Məşqçilər korpusu onu riskə atmaq istəmir. Avropa çempionatını buraxması gözlənilən ulduz futbolçu 2025-ci ilin martına, yəni DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinə qədər millidən kənarda qalacaq.
19 yaşlı yarımmüdafiəçi böyük ehtimalla Millətlər Liqasının qrup mərhələsini də buraxacaq.