21 Noyabr 2023, 23:54
FUTBOL
"Globe Soccer Awards"ın versiyasına görə, 2023-cü ilin ən yaxşı gənc oyunçusu adına namizədlər məlum olub.
Matc.az xəbər verir ki, bu kateqoriya üzrə ən yaxşıya iddialılar bilinir.
Bunlar Səud Əbdülhəmid ("Əl-Hilal"), Firas əl-Buraikan ("Əl-Əhli"), Tiaqo Almada ("Atlanta"), Tommaso Baldanzi ("Empoli"), Aleks Balde ("Barselona"), Cud Bellingem ("Real"), Viktor Bonifase ("Bayer"), Moyzes Kaysedo ("Çelsi"), Eduardo Kamavinqa ("Real"), Çezare Kasadei ("Lester"), Usman Diomande ("Sportinq" ), Ceremi Doku ("Mançester Siti"), Ömər Fayed ("Novi Pazar"), Evan Ferqyuson ("Brayton"), Enzo Fernandes ("Çelsi"), Qavi ("Barselona" ), Arda Gülər ("Real"), Yoşko Qvardiol ("Mançester Siti"), Rasmus Hoylund ("Mançester Yunayted"), Camal Musiala ("Bavariya"), Pedri ("Barselona"), Antonio Silva ("Benfika"), Xavi Simons ("Leypsiq"), Matiys Tell ("Bavariya"), Florian Virts ("Bayer"), Lamin Yamal ("Barselona") və Uorren Zair-Emeridi (PSJ).
Qeyd edək ki, mükafatlandırma mərasimini Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir.