"İnter"in baş direktoru Cüzeppe Marotta argentinalı hücumçu Lautaro Martinezlə mümkün müqavilənin uzadılması barədə danışıb. Matc.az xəbər verir ki, o, bu məsələdə problem yaşamayacaqlarına inanır:
 
“Lautaro üçün yeni müqavilə ilə bağlı heç bir problem yoxdu. O da dəfələrlə uzun illər bizimlə qalmaq istədiyini söyləyib. Biz eyni dalğa boyundayıq, birlikdə işləməyə davam etmək istəyirik. Düşünürəm ki, müddətin uzadılması ilə bağlı danışıqlar asan olacaq". 
 
Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən “İnter”də çıxış edir. Bu mövsüm argentinalı forvard “neradzurri”nin heyətində bütün turnirlərdə 16 oyunda 14 qol vurub. Futbolçunun Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdi. ayının sonuna qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest