"Yaxşı oyun keçirdik. Qarşıdakı yarışlarla bağlı arzularımız çoxdur. Əla heyətə sahibik. Ümid edirəm ki, uğurlu nəticələr qazanacağıq".

Fransa millisinin futbolçusu Lukas Hernandes AVRO-2024-ün seçmə qrup mərhələsinin X turunun Yunanıstanla oyunu barədə (2:2) fikir bildirib. Matc.az xəbər verir ki, o, əla heyətə sahib olduqlarını deyib:
 
"Yaxşı oyun keçirdik. Qarşıdakı yarışlarla bağlı arzularımız çoxdur. Əla heyətə sahibik. Ümid edirəm ki, uğurlu nəticələr qazanacağıq. Düzəltməli olduğumuz çox şey var. Hər şeyə rəğmən, il bizim üçün yaxşı keçdi. 2024-cü ilin martında yenidən bir araya gəlmədən öncə çıxış etdiyimiz klublarda bizi vacib matçlar gözləyir".
 
Xatırladaq ki, Fransa növbəti il Almaniyada baş tutacaq AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest