22 Noyabr 2023, 11:22
FUTBOL
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Matc.az xəbər verir ki, assosiasiyanın inzibati binasında baş tutan yığıncaqda milli komandanın AVRO-2024-ün seçmə mərhələsindəki çıxışı və italiyalı baş məşqçi Canni De Byazinin Belçikaya 0:5 hesablı məğlubiyyətdən sonra idman jurnalistləri barədə səsləndirdiyi nalayiq fikirlər müzakirə olunub.
İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etməyib. Byazi isə 10 dəqiqəlik iştirakdan sonra iclası tərk edib.
Bundan sonra Byazi ilə bağlı qərar verilib. İK onunla bu ayın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edib.
Qeyd edək ki, yığmanız arxada qalan 3 il ərzində italiyalı mütəxəssisin rəhbərliyi altında 4 seçmə mərhələdə mübarizə aparıb.
Bunların ikisi UEFA Millətlər Liqasının, digərləri isə dünya çempionatı və Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. Bu müddətdə yığmamız ümumilikdə 39 oyunda iştirak edib.
Komanda De Byazinin başçılığı altında azarkeşlərə yalnız 10 görüşdə qələbə sevinci yaşadıb. Passivinə 21 məğlubiyyət yazdıran milli 8 dəfə də rəqibləri ilə bərabərə qalıb.