22 Noyabr 2023, 11:59
FUTBOL
"Son zamanlar bir neçə güclü rəqiblə qarşılaşdıq. Özümüzə inanırıq. Almaniyada çoxlu türkiyəli yaşayır"
Türkiyə millisinin müdafiəçisi Ferdi Kadıoğlu AVRO-2024-ün seçmə qrup mərhələsinin Uelslə qarşılaşmasını (1:1) dəyərləndirib. Matc.az xəbər verir ki, "Fənərbaxça"nın üzvü yaxşı komandaya sahib olduqlarını bildirib.
O, Almaniyada baş tutacaq final mərhələsi ilə bağlı fikirlərini bölüşüb:
"Son zamanlar bir neçə güclü rəqiblə qarşılaşdıq. Özümüzə inanırıq. Almaniyada çoxlu türkiyəli yaşayır. Orada özümüzü evimizdəki kimi hiss edəcəyik. Ümid edirəm ki, turnir bizim üçün yaxşı keçəcək".
Xatırladaq ki, Türkiyə D qrupunun turnir cədvəlində 17 xalla 1-ci, Uels isə 12 xalla 3-cü pillədə qərarlaşıb.