22 Noyabr 2023, 12:54
FUTBOL
"2023-cü il sona çatır. İl bizim üçün yaxşı keçdi. AVRO-2024-ün final mərhələsində komandamız çox uğur qazana bilər".
Fransa millisinin hücumçusu Antuan Qrizmann AVRO-2024-ün seçmə qrup mərhələsinin Yunanıstanla oyunundan sonra (2:2) açıqlama verib. Matc.az xəbər verir ki, "Atletiko"nun hücumçusu cari ilin onlar üçün yaxşı keçdiyini söyləyib:
"2023-cü il sona çatır. İl bizim üçün yaxşı keçdi. AVRO-2024-ün final mərhələsində komandamız çox uğur qazana bilər. Səylə hazırlaşmalı və özümüzü yaxşı tərəfdən göstərməliyik".
Fransa B qrupuna 22 xalla başçılıq edir. Yunanıstan isə 3-cü yeri tutub və pley-offda mübarizə aparmaq şansı qazanıb. Onlar sözügedən mərhələdə Qazaxıstanla qarşılaşacaqlar.